"İsrailin jurnalistlərə hücumu müharibə cinayətidir” - Amnesty International

10:00 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Əfv Təşkilatı (Amnesty International) bildirib ki, İsrailin oktyabrın 13-də Livanın cənubunda yeddi jurnalistə hücumu nəticəsində “Reuters” agentliyinin müxbiri İssam Abdullahın ölümü, 6 nəfərin isə yaralanması ehtimal ki, mülki şəxslərə qarşı birbaşa hücumdur və bu “müharibə cinayəti” kimi araşdırılır.

Hafta.az-ın yazdığına görə, Human Rights Watch (HRW) ayrı bir bəyanatda İsrailin hücumunun açıqca mülki insanlara qarşı qəsdən hücum olduğunu və buna görə də müharibə cinayəti sayıldığını bildirib.

“Reuters”in apardığı və bu gün dərc etdiyi araşdırma belə nəticəyə gəlib ki, İsrail tank heyəti ardıcıl iki minaatandan atəş açıb, Abdullahı öldürüb və altı müxbiri yaralayıb.